Bank Of Baku

ABŞ-da güllə yarası alan konqresmen reanimasiyadan çıxarılıb

ABŞ-da güllə yarası alan konqresmen reanimasiyadan çıxarılıb
# 24 iyun 2017 04:56 (UTC +04:00)

ABŞ-ın Virciniya ştatında odlu silahdan açılan atəş nəticəsində yaralanan Konqres üzvü Stiv Skaliz reanimasiyadan çıxarılıb.

 

APA-nın xəbərinə görə, bu barədə “Medstar” tibb mərkəzinin məlumatında bildirilir.

 

S.Skalizin vəziyyəti kafidir, hazırda konqresmenin uzunmüddətli bərpa-müalicə dövrü başlanır. Bir neçə  dəfə əməliyyat olunan konqresmeninin səhhəti yaxşılaşmaq üzrədir.  Həkimlər ombasından yaralanan xəstənin çoxlu qan itirdiyini, daxili orqanlarının zədələndiyini bildirirdilər. 

 

İyunun 14-də Stiv Skaliz Virciniya ştatının Aleksandriya şəhərində öz köməkçiləri ilə beysbol oynayarkən avtomat silahdan atəşə tutulub. Nəticədə konqresmen və bir neçə nəfər, o cümlədən iki polis əməkdaşı yaralanıb. Cinayəti törədən 66 yaşlı İllinoys ştat sakini polislə atışmada yaralanıb, sonra isə xəstəxanada keçinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR