Bank Of Baku

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb - YENİLƏNİB

ABŞ-da hərbi təyyarənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb - <span style="color: red;">YENİLƏNİB
# 11 iyul 2017 05:12 (UTC +04:00)

ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 16-ya çatıb.

 

APA-nın məlumatına görə, bu barədə “Mississippi News” telekanalı xəbər verib.

 

Bundan əvvəl 4 nəfərin öldüyü, təyyarədə 8 ekipaj üzvünün olduğu bildirilirdi.

 

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Təyyarənin göyərtəsində silah-sursatın olması yanğınsöndürənlərin işinə əlavə maneə yaradır. Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir. 

 

***

 

04:30

 

ABŞ-ın Missisipi ştatında C-130 hərbi nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

 

APA-nın məlumatına görə, bu barədə “Mississippi News” telekanalı xəbər verib.

 

Qəza nəticəsində azı 4 nəfər ölüb. Məlumata əsasən, təyyarənin göyərtəsində 8 nəfər olub.

 

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. İnsidentin səbəbləri hələ ki, məlum deyil. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR