Bank Of Baku

ABŞ-da iki hərbi təyyarə göydə toqquşub

ABŞ-da iki hərbi təyyarə göydə toqquşub
# 09 noyabr 2016 23:09 (UTC +04:00)

ABŞ-ın Kaliforniya ştatında Dəniz Piyadaçıları Korpusuna məxsus iki təyyarə göydə toqquşub.

 

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, insident yerli vaxtla saat 11:40-da San-Dieqo şəhəri yaxınlığında təlim-məşq uçuşu zamanı qeydə alınıb.

 

Telekanalın məlumatına əsasən, pilotlardan biri zədələnmiş təyyarəni Hərbi Dəniz Qüvvələrinin bazasına endirib, digər pilot isə katapult edib. Onun vəziyyəti barədə məlumat verilmir.

 

Hadisənin səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR