Bank Of Baku

ABŞ-da məktəbdə partlayış baş verib, ölən və yaralananlar var - YENİLƏNİB

ABŞ-da məktəbdə partlayış baş verib, ölən və yaralananlar var - <span style="color: red;">YENİLƏNİB
# 02 avqust 2017 23:26 (UTC +04:00)

ABŞ-ın Minneapolis şəhərində məktəbdə qaz sızması səbəbindən baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qismən dağılan məktəbdə iki nəfərin itkin düşdüyü bildirilirdi.  

 

Son məlumata əsasən, itkin düşənlərdən birinin meyiti aşkarlanıb. Hadisə nəticəsində yaralanan 7 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

 

Yay tətilinə baxmayaraq, təhsil müəssisəndə çox sayda müəllim və şagirdlərin olduğu bildirilir. Məlumata görə, məktəbdə yay kursları və müxtəlif idman seksiyaları fəaliyyət göstərir. 

 

***

 

21:36

 

ABŞ-ın Minneapolis şəhərində məktəbdə partlayış baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan sonra məktəbdə yanğın başlayıb.

 

Hadisə nəticəsində 2 nəfər itkin düşüb, məktəb binası qismən uçub.

 

İlkin versiyaya əsasən, partlayışa qaz sızması səbəb olub. Hazırda hadisə yerində xilasedici əməliyyat davam edir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR