ABŞ-ın San-Antonio şəhərində (Texas ştatı) ticarət mərkəzində naməlum şəxslər atəş açıb.
APA-nın xəbərinə görə, bu barədə NBC telekanalı məlumat verib.
İlkin məlumata əsasən, insident nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisə ilə əlaqədar bir nəfərin saxlanıldığı bildirilir. Hüquq-mühafizə orqanları ikinci cinayətkarın tutulması istiqamətində axtarış aparır.
Polis nümayəndəsi cinayətin qarət məqsədi ilə törədildiyini vurğulayıb. Hazırda ticarət mərkəzinin ətrafı polis tərəfindən əhatəyə alınıb.