Bank Of Baku

ABŞ-da yoldan keçənlərə atəş açılıb, altı nəfər ölüb, üç nəfər yaralanıb

ABŞ-da yoldan keçənlərə atəş açılıb, altı nəfər ölüb, üç nəfər yaralanıb
# 21 fevral 2016 08:49 (UTC +04:00)

Bakı – APA. ABŞ-ın Miçiqan ştatının Kalamzu dairəsində yoldan keçənlərə atəş açılıb.

 

APA-nın CNN-ə istinadən verdiyi məlumata görə, avtomobildən açılan atəş nəticəsində altı nəfər ölüb, üç nəfər yaralanıb.

 

Yaralılardan ikisinin vəziyyəti ağırdır.     

 

“Görünür, kimsə öz avtomobili ilə hərəkət edə-edə sadəcə qarşısına çıxanlara atəş açıb”, - deyə polisdən bildirilib.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun avtomobilindən silah tapılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR