ABŞ-da 28 yəhudi mədəniyyət mərkəzində partlayıcıların quraşdırılması barədə anonim məlumat daxil olub.
APA-nın RİA Novosti agentliiynə istinadən verdiyi xəbərə görə, ümumilikdə 17 ştatın mədəniyyət mərkəzlərinin əməkdaşları dərhal təxliyə olunub.
Aparılan yoxlamalardan sonra məlumatın yalan olduğu üzə çıxıb.
Qeyd edək ki, bu ilin əvvəlində ABŞ-ın 5 ştatında yəhudi mədəniyyət mərkəzlərində bomba barədə anonim xəbərdarlıqlar edilib, faktlar təsdiqini tapmayıb.