Bank Of Baku

ABŞ-da özünü buzdan təmizləyən yollar salınacaq

ABŞ-da özünü buzdan təmizləyən yollar salınacaq
# 27 yanvar 2016 08:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. ABŞ-ın Nebraska Universitetinin professoru Kris Tuanın rəhbərlik etdiyi komanda “Özünü buzdan təmizləyə bilən yollar” layihəsini irəli sürüb.

 

APA-nın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, alimlərin yeni layihəsinə əsasən, polad yonqularından və karbondan hazırlanan yeni beton növü elektrikkeçiriciliyə malik olacaq, üzərinə toplanan qar və buzları isidərək əridəcək. Hazırda Amerikanın Federal Aviasiya Adminstrasiyası beton materialının hazırlanmasını pilot proqram olaraq həyata keçirir. Layihə uğurlu olarsa, ABŞ bu proqramdan aeroport asfaltlarının döşənməsində istifadə edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR