Bank Of Baku

ABŞ-da prezidentliyə namizəd Ted Kruz iki ştatda partiyadaxili seçkilərdə qalib gəlir

ABŞ-da prezidentliyə namizəd Ted Kruz iki ştatda partiyadaxili seçkilərdə qalib gəlir
# 06 mart 2016 01:42 (UTC +04:00)

Bakı-APA. Kanzas və Men ştatlarında respublikaçıların prezidentlik namizədinin partiyadaxili seçkilərində (kokusda) Ted Kruz qalib gəlir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Kanzasda səslərin üçdə bir hissəsi sayılıb.

 

Ted Kruz 48,8%, onun əsas rəqibi Donald Tramp 25,9%, Marko Rubio 13,7, Con Keysik isə 9,9% səs toplayıb.

 

Men ştatında isə Kruz 48%, Tramp – 35%, Rubio 8,6%, Keysik 7,4% səs toplayıb.

 

Hazırda respublikaçılar arasında əsas favorit 10 ştatda ilkin seçkilərdə qələbə qazanan Donald Trampdır, Ted Kruz isə 4 ştatda hamıdan üstün ola bilib.

 

Qeyd edək ki, bu gün ABŞ-ın Kentukki, Men, Nebraska, Luiziana və Kanzas ştatlarında partiyadaxili seçkilər keçirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR