Bakı-APA. Sentyabrın 26-da Nyu York ştatının Hofstra Universitetində Donald Tramp və Hillari Klinton arasında ilk teledebatlar keçiriləcək.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 21:00-da başlayan debatların moderatoru qismində NBC telekanalının aparıcısı Lester Holt çıxış edəcək.
Hazırda ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı cəmi 2 faiz qabaqlayır.
ABC telekanalı və “Washington Post” qəzetinin birgə keçirdikləri son sorğuya əsasən, Klinton seçicilərin səsinin 46 faizini, Tramp isə 44 faizini toplaya bilər.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.