Bank Of Baku

ABŞ-da qanunsuz miqrantlarla bağlı proqramın ləğvi etirazlara səbəb olub

ABŞ-da qanunsuz miqrantlarla bağlı proqramın ləğvi etirazlara səbəb olub
# 06 sentyabr 2017 04:24 (UTC +04:00)

Nyu York polisi Tramp administrasiyasının qanunsuz miqranların övladlarının ABŞ ərazisində qalmasına icazə verən proqramın (DACA proqramı) ləğv etməsinə qarşı etiraz aksiyalarının 30-dək işrirakçısını saxlayıb.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, əksəriyyətinin miqranların övladları təşkil etdiyi etirazçılar prezident Donald Trampın qeyri-rəsmi iqamətgahı hesab edilən “Trump Tower” bina kompleksinin qarşısında oturaq etiraz aksiyası keçirərək “Sənədsiz və qorxusuz” və sair şüarlar səsləndiriblər.

 

Etiraz aksiyaları ABŞ-ın bir çox iri şəhərlərində – Vaşinqton, Nyu York, Los Anceles, Denever və digər  şəhərlərini əhatə edib.

 

Qeyd edək ki, ötən gün ABŞ-ın baş prokuroru Ceff Seşnns Barak Obamanın 2012-ci ildə qəbul etdiyi DACA proqramının ləğv edildiyini bəyan edib.  

 

2016-cı ilə olan rəsmi məlumatlara əsasən,  DACA proqramı ABŞ-da 750 min nəfəri əhatə edir. Onların əksəriyyəti Kaliforniya və Texasda yaşayır.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR