Bank Of Baku

ABŞ-da restoranda silahlı şəxsin girov götürdüyü şəxslər azad edilib

ABŞ-da restoranda silahlı şəxsin girov götürdüyü şəxslər azad edilib
# 24 avqust 2017 23:52 (UTC +04:00)

ABŞ-ın Cənubi Karolina ştatının Çarlston şəhərində polis əməkdaşları restoranlardan birində silahlı şəxs tərəfindən  girov götürülən 30-dək şəxs azad edilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, silahlı şəxsin restoranda törətdiyi atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

 

Əməliyyat zamanı polis silahlı şəxsi yaralayıb, onun vəziyyətinin ağır olduğu bildirilir.  

 

Şəhər meri Con Teklenburq insidentin terror aktı və ya irqçilik zəminində cinayət olmadığını qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR