Bank Of Baku

ABŞ-da təyyarə avtomobilə çırpılıb, ölən və yaralananlar var

ABŞ-da təyyarə avtomobilə çırpılıb, ölən və yaralananlar var
# 03 aprel 2016 03:46 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının Folbruk şəhəri yaxınlığında kiçik mühərrikli təyyarə minik  avtomobilinin üzərinə çırpılıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.   

 

Məlumata görə, təyyarənin göyərtəsində olan iki şəxs müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Avtomobildə 4 nəfər olub, onlardan biri hadisə yerində ölüb, üç nəfər isə xəsarət alıb.

 

Hadisə nəticəsində yolda nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb. İnsidentin səbəbləri araşdırılır.    

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR