ABŞ-ın Viskonsin ştatında “Cessna 421” yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 6 nəfər ölüb.
Təyyarənin Çikaqo şəhərindən Kanadaya uçduğu məlum olub. Qəzanın səbəbləri barədə məlumat verilmir.