Bank Of Baku

ABŞ-da tornado 10 nəfərin ölümünə səbəb olub

ABŞ-da tornado 10 nəfərin ölümünə səbəb olub
# 25 dekabr 2015 01:32 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Missisipi, Tennessi və Arkanzas ştatlarında tüğyan edən tornado (güclü qasırğa) 10 ölümünə səbəb olub. APA-nın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət nəticəsində yüzlərlə evə ciddi ziyan dəyib, bir neçə isə tamamilə uçub.

 

Məlumata görə, ölənlərdən altısı Missisipi ştatının sakinləri olub. Hadisə zamanı 40-dan çox sakin xəsarət alıb. Missisipi xilasetmə qurumları sakinləri, imkan daxilində, şəhəri tərk etməyə çağırıb.

 

Qeyd edək ki, 2015-ci ildə ABŞ-da 718 tornado qeydə alınıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR