Bank Of Baku

ABŞ-da universitetdə yanğın olub, xəsarət alanlar var

ABŞ-da universitetdə yanğın olub, xəsarət alanlar var
# 26 mart 2016 04:13 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Boston universitetində (Massaçusets ştatı) baş verən yanğın nəticəsində 6 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, yanğın təhsil ocağının daxili radio yayımı studiyasının yerləşdiyi binada qeydə alınıb.

 

İnsident nəticəsində 3 tələbə, 2 təhlükəsizlik xidməti əməkdaşı və 1 yanğınsöndürən xəsarət alıb. Binadan 40 nəfər təxliyə edilib. Universitetə dəyən ziyanın həcmi 500 min dollarla ölçülür.

 

Hadisənin başvermə səbəbləri araşdırılır. İlkin ehtimala əsasən, studiya avadanlığında qısa qapanma yanğına səbəb olub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR