Bu gün ABŞ-ın Orlando şəhərində baş verən atışmada 5 nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə WFTV kanalı Federal Təhqiqatlar Bürosuna istinadən məlumat yayıb.
Hadisənin terror olmadığı açıqlanıb.
İnsidentin şəhər kənarındakı sənaye zonalarından birində baş verdiyi bildirilir.
***
saat 17.43
ABŞ-ın Florida ştatının Orlando şəhərində atışma baş verib.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Florida ştatının Orinc Kaunti bölgəsinin şerif ofisinin “Twitter” səhifəsində qeyd olunub.
Ofis çoxsaylı itkilərin olduğunu təsdiqləyib: “Şerif ofisinin əməkdaşları hadisə yerində işləyir. Vəziyyət nəzarətə götürülüb. İlk fürsətdə əlavə məlumat veriləcək”.