Bank Of Baku

ABŞ-ın Virciniya ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Virciniya ştatında fövqəladə vəziyyət elan edilib
# 03 mart 2018 00:42 (UTC +04:00)

Qeyri-sabit hava şəraiti ABŞ-ın Virciniya ştatında 2 nəfərin həyatına son qoyub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, fərdi yaşayış evinin üzərinə ağacın düşməsi nəticəsində 6 yaşlı uşaq ölüb, Baltimor dairəsində isə ağacın aşması 77 yaşlı qadının ölümünə səbəb olub.

 

Virciniyanın qubernatoru ştat ərazisində fövqəladə vəziyyət elan edib. Güclü küləklə müşayiət olunan qar və yağış ABŞ-ın 15 ştatında qeydə alınıb. 1 milyondan çox istehlakçı elektrik enerjisiz qalıb, hava limanlarında minlərlə aviareys ləğv edilib.

 

Martın 2-də paytaxt Vaşinqtonda güclü külək səbəbindən dövlət idarələri və məktəblər işləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR