Bank Of Baku

ABŞ Astanada keçiriləcək Suriya danışıqlarına rəsmi dəvət almayıb

ABŞ Astanada keçiriləcək Suriya danışıqlarına rəsmi dəvət almayıb
# 14 yanvar 2017 10:10 (UTC +04:00)

ABŞ Türkiyə və Rusiyanın Astanada Suriya ilə bağlı təşkil etdiyi danışıqlara rəsmi dəvət almayıb.

 

APA-nın “milliyet.com”a istinadən verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentin sözçüsü Mark Toner bildirib.
 

“Dövlət katibimiz rusiyalı və türkiyəli həmkarları ilə əlaqə  saxlayaraq Suriya məsələsini müzakirə edir. Əlbəttə ki, o özü bu danışıqlar prosesini sürətləndirə bilər. Lakin biz bu danışıqları təşkil edən deyilik”, - deyə o vurğulayıb. 
 

Qeyd edək ki, yanvarın 23-də Astanada keçiriləcək Suriya ilə bağlı zirvə görüşünə hazırlıq işləri çərçivəsində Türkiyə, İran və Rusiya  rəsmləri Moskvada bir araya gəlib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR