Bank Of Baku

ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozları açıqlanıb

ABŞ Federal Ehtiyatlar Sisteminin proqnozları açıqlanıb
# 10 fevral 2016 16:13 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Canet Yellenin bugünkü çıxışının mətni yayılıb.

 

APA-Economics”in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, C. Yellen bildirib ki, FED iqtisadiyyatın yalnız mərhələli inkişafa imkan verəcəyini düşünür.

 

Bundan başqa C. Yellen məşğulluq və qiymət artımının gəlir və xərcləri dəstəkləməli olduğunu, inflyasiyanın isə orta perspektivdə 2% ola biləcəyini xatırlayıb. 
 

C. Yellen Çində yuanla bağlı müəyyən narahatlıqları dilə gətirsə də, artımla bağlı fikirlər səsləndirib. “Yuanın məzənnəsinin ucuzlaşması Çinin valyuta siyasətini qeyri-müəyyən hala salır. Çindəki son göstəricilər kəskin azalmanın olacağına işarə deyil”, - deyə o qeyd edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR