Bank Of Baku

ABŞ generalı mətbuat konfransında özündən gedib

ABŞ generalı mətbuat konfransında özündən gedib
# 11 fevral 2016 11:00 (UTC +04:00)

Bakı - APA. ABŞ Silahlı Qüvvələrinin general-mayoru Ceyms Martin Pentaqonda keçirilən mətbuat konfransında huşunu itirib.

 

APA-nın məlumatına görə, C. Martin ABŞ hərbi-hava qüvvələrinin büdcə layihəsi ilə bağlı suala cavab verən vaxt özündən gedib.

 

General ən yeni F-35 qırıcılarının istehsalı proqramının maliyyələşməsi barədə danışarkən qəfildən tribunaya doğru əyilib. Yaxınlıqdakı şəxslər dərhal generala yardım göstərib, su veriblər.

 

O özünə gələndən sonra xəstəxanaya yerləşdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR