Bank Of Baku

ABŞ generalı Mosul və Rakkanın nə vaxt azad olunacağını açıqlayıb

ABŞ generalı Mosul və Rakkanın nə vaxt azad olunacağını açıqlayıb
# 26 dekabr 2016 21:01 (UTC +04:00)

Suriyanın Rakka və İraqın Mosul şəhərlərinin İŞİD-dən azad olunması və terror qruplaşmasının tam məhvi iki il davam edəcək.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın komandanı general Stiven Taunsend “Daily Beast”ə müsahibəsində bildirib.

 

“İşlərimizi səylə yerinə yetirsək Mosulun və Rakkanın İŞİD-dən təmizlənməsi, Suriya səhrasında gizlənə biləcək ayrı-ayrı silahlı dəstələrin tapıb zərərsizləşdirilməsi ən azı 2018-ci ilin sonunda mümkün olacaq”, deyə general qeyd edib.

 

S.Taunsend həmçinin etiraf edib ki, qərb koalisiyasının apardığı əməliyyat ağır irəliləyir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR