Bank Of Baku

ABŞ hüquq müdafiəçiləri Trampı məhkəməyə verəcək

ABŞ hüquq müdafiəçiləri Trampı məhkəməyə verəcək
# 30 sentyabr 2017 04:35 (UTC +04:00)

ABŞ-ın Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı (ACLU) prezident Donald Trampın imzaladığı son miqrasiya fərmanı ilə əlaqədar ölkə başçısına qarşı məhkəmə iddiası qaldıracaqlar.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ACLU-nun yaydığı bəyanatda bildirilir.

 

Sentyabrın 25-də Tramp 8 ölkənin vətəndaşlarının ABŞ-a girişini qadağan edən fərman imzalayıb.

 

Fərmanla KXDR, Venesuela, Çad, İran, Suriya, Somali, Venesuela və Yəmən vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub.

 

Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR