Bank Of Baku

ABŞ İraqa 800 mln. dollar dəyərində raket satacaq

ABŞ İraqa 800 mln. dollar dəyərində raket satacaq
# 07 yanvar 2016 19:58 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət Departamenti  800 mln. dollar dəyərində  “AGM-114 Hellfire”  “hava-yer” tipli raketlərin və “CATM” tipli təlim raketlərinin İraqa satışına icazə verib.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müdafiə Əməkdaşlığı  və Təhlükəsizlik Agentliyinin saytında dərc edilmiş məlumatda bildirilir.

 

Məlumata görə, bundan bir müddət əvvəl İraq 5 min raketin satışına dair ABŞ-a müraciət edib.  

 

Bu sövdələşmənin İŞİD terror qruplaşması ilə mübarizənin gücləndirilməsinə imkan verəcəyi qeyd olunur.   

 

İraq ABŞ-dan bu tip raketlər daha əvvəl əldə edib və onlardan istifadə zamanı heç bir problemlə üzləşməyəcəyi bildirilir.

 

“Raketlərin İraqa tədarükü regionda hərbi güc balansını pozmayacaq”, deyə press-relizdə bildirilir.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR