Bank Of Baku

ABŞ Konqresində terror aktı törətməyi planlaşdıran şəxsə hökm oxunub

ABŞ Konqresində terror aktı törətməyi planlaşdıran şəxsə hökm oxunub
# 06 dekabr 2016 00:45 (UTC +04:00)

ABŞ-da Konqres binasına silahlı hücum hazırlamaqda təqsirləndirilən Kristofer Kornelə hökm oxunub.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, 22 yaşlı K.Kornel 30  il müddətinə azadlıqdan məhrum edilib.

 

Məlumata görə, İŞİD terror təşkilatını dəstəkləyən Kristofer Kornel ABŞ-ın ali qanunverici orqanının yerləşdiyi binada, prezident Obamanın çıxışı zamanı terror aktı törətməyi planlaşdırıbmış.

 

Qeyd edək ki, ABŞ-ın Ohayo ştatının sakini K. Kornel 2015-ci ilin yanvarında  Federal Tədqiqatlar Bürosunun  agentləri tərəfindən tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR