Bank Of Baku

ABŞ Kubadakı səfirliyini bağlaya bilər

ABŞ Kubadakı səfirliyini bağlaya bilər
# 17 sentyabr 2017 17:30 (UTC +04:00)

ABŞ Kubadakı səfirliyinin bir neçə əməkdaşının akustik hücumun təsirinə məruz qalmasından sonra səfirliyin bağlanması məsələsi gündəlikdədir.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün ABŞ dövlət katibi Reks Tillerson bildirib.

 

R. Tillerson ABŞ-ın Kubadakı səfirliyinin bağlanması məsələsinə baxıldığını qeyd edib.

 

Qeyd edək ki, avqust ayında ABŞ Dövlət Departamenti ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşının xüsusi cihaz vasitəsi ilə akustik hücuma məruz qaldığını bəyan edib. Həkimlər həmin diplomatlara yüngül kəllə-beyin travması diaqnozu qoyublar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR