ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) qurumun 1940-1990-cı illərdəki fəaliyyətinə dair 12 milyon səhifəlik sənəd yayıb.
APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, sənədlər əsasən siyasət və kəşfiyyat əməliyyatlarına dair hesabatları əhatə edir.
Bununla yanaşı, sənələrdə Vyetnam və Koreya müharibələri, "soyuq müharibə" zamanı MKİ-nin fəaliyyətinin detalları açıqlanır. Sənədlərin arasında naməlum uçan obyektlərin öyrənilməsi və psixikanın imkanlarının araşdırılmasına dair MKİ-nin həyata keçirdiyi proqramların materialları yer alıb.
Qurumdan bildirilib ki, informasiya mənbələrinin müdafiəsi məqsədilə sənədlərdə xırda redaktələr edilib.