Bank Of Baku

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 40 illik fəaliyyətinə dair sənədləri yayıb

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi 40 illik fəaliyyətinə dair sənədləri yayıb
# 18 yanvar 2017 07:51 (UTC +04:00)

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi qurumun 1940-1990-cı illərdəki fəaliyyətinə dair 12 milyon səhifəlik sənədləri yayıb.

APA-nın “Bloomberg”ə istinadən verdiyi məlumata görə, sənədlər əsasən siyasət və kəşfiyyat əməliyyatlarına dair hesabatları əhatə edir.

Bununla yanaşı sənələrdə Vyetnam və Koreyadakı müharibələr, həmçinin soyuq müharibə zamanı MKİ-nin fəaliyyətinin detalları açıqlanır. Sənədlərin arasında naməlum uçan obyektlərin öyrənilməsi və psixikanın imkanlarının araşdırılmasına dair MKİ-nin həyata keçirdiyi proqramların materialları yer alıb. Qurumdan bildirilib ki, informasiyaların mənbələrini müdafiəsi məqsədi ilə sənədlərdə xırda redaktələr edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR