Bank Of Baku

ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib

ABŞ 35 rusiyalı diplomata ölkəni tərk etmək üçün 72 saat vaxt verib
# 29 dekabr 2016 20:34 (UTC +04:00)

ABŞ hökuməti ölkədən 35 rusiyalı diplomatı çıxarır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters”ə Amerika administrasiyasından bildirilib.    

 

Məlumata görə, onlar diplomatik fəaliyyətin qaydalarını pozmaqda ittiham olunurlar. 

 

Diplomatlar 72 saat ərzində Vaşinqton və San-Fransiskodan çıxarılacaqlar. 

 

Bundan başqa, ABŞ hökuməti Rusiyanın Merilənd və Nyu-Yorkdakı diplomatik nümayəndəliklərini bağlamağı qərara alıb. ABŞ rəhbərliyi qeyd olunan diplomatik nümayəndəliklərin kəşfiyyat məqsədləri üçün istifadə edildiyini iddia edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR