Bank Of Baku

ABŞ polisi qətlə yetirilən uşaqların Rusiyadan olduğunu təsdiqləyib

ABŞ polisi qətlə yetirilən uşaqların Rusiyadan olduğunu təsdiqləyib
# 27 fevral 2016 18:48 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın hüquq-mühafizə orqanları Vaşinqton ştatında qətlə yetirilən iki uşağın Rusiyadan olduğunu təsdiqləyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisdən öldürülən oğlan uşaqlarının milliyyətcə rus olduğu bildirilib.    

 

Qətlə yetirilən uşaqların  1997-ci il təvəllüdlü Tori Karlson və 1999-cu il təvəllüdlü Kuin Karlson olduğu bildirilir.  Meyitlərin fevralın 29-da ekspertizaya göndərilməsi nəzərdə tutulub.

 

İnsidentin səbəbləri barədə məlumat verilmir.  

 

Qeyd edək ki, ştatın Meyson dairəsində naməlum  kişi ailəsinin 4 üzvünü güllələyərək qətlə yetirib, sonra isə özünü öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR