Bank Of Baku

ABŞ polisi Trampın siyasətinə qarşı aksiya keçirən etirazçıları həbs edib

ABŞ polisi Trampın siyasətinə qarşı aksiya keçirən etirazçıları həbs edib
# 29 noyabr 2016 23:27 (UTC +04:00)

ABŞ-da minimal əmək haqqının saatda 15 dollaradək artırılmasını tələb edən və yeni seçilmiş prezident Donald Trampın miqrasiya siyasətinə qarşı çıxış edən xeyli etirazçı həbs edilib.

 

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, saxlanılanların dəqiq sayı məlum deyil.  

 

Məlumata görə, etirazçıların əksəriyyəti “McDonald's” korporasiyasının siyasətinə qarşı çıxış edib, lakin onların adıçəkilən  restoranlar şəbəkəsinin əməkdaşı olub-olmaması barədə məlumat yoxdur. Etirazçıları həmçinin Çikaqo və Boston hava limanlarının işçiləri dəstəkləyib. Qeyd edək ki, Tramp seçi kampaniyası zamanı minimal əmək haqqının artırılmasının əleyhinə olduğunu bildirib.

 

Etiraz aksiyası Nyu-Yorkun Uoll-strit küçəsində yerləşən parkın ərazisində keçirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR