Bank Of Baku

ABŞ prezidentinin daha bir müşaviri istefa verib

ABŞ prezidentinin daha bir müşaviri  istefa verib
# 10 aprel 2018 18:35 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın terrorla mübarizə məsələləri üzrə müşaviri Tom Bossert istefa verib. APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders bildirib.

 

“Prezident bizim qüdrətli dövlətimizin təhlükəsizliyinin təminatına görə Bossertə minnətdarlığını bildirir”, - deyə  Sara Sanders bildirib.

 

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Gerbert Makmaster istefa verib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR