Bank Of Baku

ABŞ prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb

ABŞ prezidentliyinə iki iddiaçı namizədliyini geri götürüb
# 11 fevral 2016 02:33 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə namizəd olan Nyu-Cersi ştatının qubernatoru Kris Kristi namizədliyini geri götürüb.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, K.Kristi bu barədə özünün “Feysbuk” səhifəsində yazıb.

 

“Keçirdiyim kampaniya ilə fəxr edirəm. Prezident seçkilərinə qatılarkən mən daim sadiq qaldığım prinsipləri ifadə etməyə çalışırdım. Seçki kampaniyasını tərk etməyimdən qətiyyən peşman deyiləm”, K.Kristi vurğulayıb.

 

Qeyd edək ki, bundan əvvəl “Hewlett-Packard” şirkətinin sabiq başçısı Karli Florina ABŞ prezidentliyinə namizədliyini geri götürüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR