Bank Of Baku

ABŞ prokurorluğu “Halkbank” rəsmisinə 15 illik həbs cəzası istəyib

ABŞ prokurorluğu “Halkbank” rəsmisinə 15  illik həbs cəzası istəyib
# 04 aprel 2018 22:18 (UTC +04:00)

ABŞ prokurorluğu  İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilinən Türkiyənin “Halkbank” bankının baş direktorunun müavini Mehmet Hakan Atillanın 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

APA-nın “Daily Sabah”a istinadən verdiyi xəbərə görə, bundan əlavə prokurorluq 500 min dollaradək məbləğində cərimə ödənilməsini tələb edib.

 

Bu ilin yanvarında ABŞ məhkəməsi Mehmet Hakan Atillanı İrana qarşı sanksiyaları pozmağa cəhd etməkdə təqsirli bilib.

 

“Halkbank”-ın baş direktorunun müavini ötən ilin martında ABŞ-da saxlanılıb. ABŞ tərəfi M.H.Atillanın sahibkar Rza Zərrabla sövdələşməyə girdiyini və  sanksiyaları pozmaqla İrana milyonlarla dollar məbləğində pul köçürməyi planlaşdırdığını iddia edib. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu M.H.Atillanın FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin  göstərişi ilə həbs edildiyini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR