ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri vəzifəsinə Ronna Romni-Makdeniyelin namizədliyini təklif edib.
APA RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, R. Romni-Makdeniyel partiyanın Miçiqan ştatı üzrə şöbəsinə rəhbərlik edir.
“Məhz Ronnanın səyləri nəticəsində biz Miçiqan ştatında seçkilər zamanı parlaq qələbə qazandıq. Əminəm ki, o, Milli Komitəyə də yeni nəfəs gətirəcək”, Trampın bəyanatında vurğulanır.
Qeyd edək ki, Ronna Romni-Makdeniyel 2012-ci ildə Respublikaçılar partiyasından prezidentliyə namizəd Mitt Romninin qardaşı qızıdır.
Respublikaçılar Partiyasının Milli Komitəsinin hazırkı sədri Rins Pribas isə Trampın inauqurasiyasından sonra Ağ Ev aparatına rəhbərlik edəcək.