Bank Of Baku

ABŞ Rusiyanın BMT TŞ-də yaydığı bəyanatı bloklayıb

ABŞ Rusiyanın BMT TŞ-də  yaydığı bəyanatı bloklayıb
# 05 oktyabr 2016 01:43 (UTC +04:00)

Bakı-APA.  Rusiyanın Dəməşqdəki səfirliyinin atəşə tutulmasına dair BMT TŞ-də  yaydığı bəyanat ABŞ tərəfindən bloklanıb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib.

 

“ABŞ nümayəndə heyəti Rusiyanın standart bəyanatına kənar elementlər əlavə etmək istəyib. Britaniya və Ukrayna amerikalıları dəstəkləyib. Bu, onların Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına hörmətsizliyini təsdiqləyib ”, - deyə XİN-dən bildirilib .

 

“Etiraf etməliyik ki,  TŞ-dəki bəzi həmkarlarımızın mənəvi özülləri artıq ciddi sarsılıb”, - deyə məlumatda bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR