ABŞ Konqresinin Senatı 510 mln. dollar dəyərində yüksək dəqiqliyə malik silahların Səudiyyə Ərəbistanına satışını bloklamaqdan imtina edib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənəd 47 senator tərəfindən dəstəklənib, 53 nəfər “əleyhinə” səs verib.
Qətnamə layihəsinin müəllifi respublikaçı-senator Rend Poldur, onu demokratların əksəriyyəti dəstəkləyib. Onlar aviabombaların münaqişə davam edən Yəməndə istifadə edilməsindən ehtiyatlanır.
Əksəriyyətinin respublikaçılar olduğu qətnamə tərəfdarları isə Trampın Ər Riyada səfəri zamanı 110 mlrd. dollar dəyərində silah-sursatın tədarükünə dair razılaşmasının icrasının ölkə iqtisadiyyatı üçün vacibliyini vurğulayırlar.