Bank Of Baku

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib
# 09 dekabr 2015 02:26 (UTC +04:00)

Bakı-APA. ABŞ siyahıya 2 təşkilat və 6 fiziki şəxsi əlavə edərək Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında bildirilir.

 

Məlumata görə, sanksiya siyahısına həmçinin 2014-cü ildə ballistik raketlərdən buraxılış həyata keçirdiyinə görə KXDR ordusunun Strateji raket qüvvələri daxil edilib.  Sanksiyalar siyahısında 3 gəmiqayırma zavodu da var.

 

Sanksiya siyahısına əlavə edilmiş fiziki şəxslər arasında Şimali Koreyanın Xarici Ticarət Bankının Xabarovskdakı nümayəndəsi Kim Ken Nam və “Tanchon Commercial Bank”ın 5 əməkdaşıdır.

 

ABŞ iddia edir ki, qeyd olunan şirkətlər  və fiziki şəxslər Şimali Koreyaya beynəlxalq sanksiyalardan yan keçmək və dünya maliyyə sisteminə girməyə yardım edirmişlər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR