Bank Of Baku

ABŞ Suriyadakı müttəfiqlərinə silah tədarükünə qoyduğu qadağanı ləğv edib

ABŞ Suriyadakı müttəfiqlərinə silah tədarükünə qoyduğu qadağanı ləğv edib
# 09 dekabr 2016 03:50 (UTC +04:00)

ABŞ prezidenti Barak Obama Suriyadakı müttəfiqlərinə silah, sursat və döyüş texnikasının tədarükünə qoyulan qadağanı ləğv edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın dövlət katibi və müdafiə nazirinə ünvanlanan müvafiq memorandum Ağ Ev tərəfindən dərc edilib.   

 

“ABŞ-ın Suriyada terrorla mübarizədə keçirdiyi hərbi əməliyyatların dəstəklənməsində iştirak edən əcnəbi qüvvələr, yerli dəstələr, qruplar və ya ayrı-ayrı şəxslərə  müdafiə sənayesi məhsullarının və xidmətlərinin təqdim edilməsi və digər əməliyyatlar  ABŞ-ın milli təhlükəsizlik maraqları üçün mühüm əhəmiyyət kəsb edir”, - deyə sənəddə qeyd edilib.  

 

Qeyd olunan yardımın göstərilməsi üçün dövlət katibi və müdafiə nazirinə Konqresi ətraflı məlumatlandıraraq razılığını almaq tapşırılıb.    

 

Bundan əvvəl ABŞ Suriya müxalifətinə məhdud həcmdə silah-sursat tədarük edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR