Bank Of Baku

ABŞ təkmilləşdirilmiş nüvə bombalarını sınaqdan keçirib

ABŞ təkmilləşdirilmiş nüvə bombalarını sınaqdan keçirib
# 07 oktyabr 2016 01:30 (UTC +04:00)

Bakı-APA. ABŞ oktyabr ayı ərzində iki dəfə döyüş başlıqsız “B-61” təkmilləşdirilmiş idarə olunan nüvə bombalarını sınaqdan keçirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) açıqlamasında bildirilir.  

 

Sınaq çərçivəsində “B-2 Spirit” strateji bombardmançı təyyarələrindən “B61-7” və  “B61-11” sursatlarının buraxılışı həyata keçirilib. Bombaların üzərində quraşdırılan telemetrik cihazlar sınaqların uğurlu keçdiyini qeydə alıb.

 

Qeyd edək ki,  “В61” nüvə bombasının yeni modifikasiyası ABŞ ordusunun arsenalına 2020-ci ildən daxil ediləcək. Onun istehsalı ilə bağlı hazırlıq işlərinə bu ilin avqustunda start verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR