Bank Of Baku

ABŞ-da xəstəxanada atışma baş verib, yaralılar var

ABŞ-da xəstəxanada atışma baş verib, yaralılar var
# 30 iyun 2017 08:50 (UTC +04:00)

ABŞ-ın Las Vegas şəhərindəki xəstəxanaların birində baş verən atışma nəticəsində 2 nəfər yaralanıb.  

 

APA-nın “Las Vegas Review-Journal” saytına istinadən verdiyi məlumata görə, atəş açan şəxs özünə qəsd edib.

 

Polisin məlumatına əsasən xəstəxanada qeydiyyatdan keçən şəxs onun növbədənkənar qəbul edilməsini istəyib, rədd cavabı alanda isə atəş açıb. Atışmanın baş verdiyi otaqda 10-dək insanın olduğu bildirilib. Silahlı şəxs 2 xəstəxana əməkdaşını yaralayıb. Müalicə olunan əməkdaşların həyatı təhlükə altında deyil. Daha iki nəfər yaranmış izdiham nəticəsində xəsarət alıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR