Bank Of Baku

Ağ Ev: “ABŞ-da səhiyyə islahatının ləğvi xaos yaradacaq”

Ağ Ev: “ABŞ-da səhiyyə islahatının ləğvi xaos yaradacaq”
# 04 yanvar 2017 20:14 (UTC +04:00)

Səhiyyə islahatının ləğvi ölkədə xaos yaradacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu prezident Barak Obamanın mətbuat katibi Coş Ernest bəyan edib.

 

“İslahatı ləğv edənlər onun yaratdığı xaosa görə məsuliyyət daşıyacaq. “Obamacare”-nin ləğvi bütün ölkədə dağıdıcı fəsadlar törədəcək. Demokrat Partiyası bunu dəstəkləmir və dəstəkləməyəcək”, deyə C.Ernest bildirib.

 

Onun sözlərinə görə, islahatın ləğvi ABŞ-da 22 milyon insanı səhiyyə sığortasından təcrid edəcək.

 

Bu gün  ABŞ-ın yeni seçilən vitse-prezidenti Mayk Pens bəyan edib ki, Donald Trampın prezident vəzifəsində atacağı ilk addım “Obamacare” kimi tanınan icbari tibbi sığortanın ləğvi olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR