Bank Of Baku

Ağ Ev: Rusiya ilə münasibətlərdə kiberhücumlara ilk olaraq ABŞ başlamayıb

Ağ Ev: Rusiya ilə münasibətlərdə kiberhücumlara ilk olaraq ABŞ başlamayıb
# 13 yanvar 2017 03:36 (UTC +04:00)

Rusiya ilə münasibətlərdə kiberhücumları ilk olaraq ABŞ  həyata keçirməyib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ administrasiyasının mətbuat katibi Coş Ernest bildirib.

 

“Ümumilikdə, 2016-cı il seçkiləri kontekstində Rusiyanın hərəkətlərindən danışarkən, ABŞ-ın kiberhücumlara birinci başladığını iddia etmək düzgün olmazdı”, - deyə Ernest qeyd edib.

 

Onun sözlərinə görə, ABŞ başqa ölkələrlə müqayisədə ən güclü kiber imkanlara malikdir.  

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama və vitse-prezident Co Bayden bundan əvvəl   Rusiyanın seçkilərə müdaxilə etməsinə cavab veriləcəyini bildiriblər. Onların sözlərinə görə, cavab tədbirlərinin bir hissəsi məxfi saxlanılacaq.

 

Xatırladaq ki, yanvarın 6-da ABŞ-ın xüsusi xidmət orqanları Rusiyanın ölkədəki seçkilərə müdaxilə etməsinə dair hesabat yayıblar.    

 

Rusiya ittihamları əsassız adlandıraraq rədd edir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR