Bank Of Baku

Ağ Ev koalisiyanın Suriya ordusuna zərbələr endirməsindən təəssüfləndiyini bildirib

Ağ Ev koalisiyanın Suriya ordusuna zərbələr endirməsindən təəssüfləndiyini bildirib
# 18 sentyabr 2016 05:22 (UTC +04:00)

Bakı-APA. Ağ Ev beynəlxalq koalisiyanın Suriya ordusuna bilməyərəkdən endirdiyi zərbələrin  çoxsaylı insan itkisi ilə nəticələndiyinə görə təəssüfləndiyini bildirib.

 

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, təəssüf hissinin əks olunduğu məktub Rusiya tərəfi vasitəsilə Suriyaya təqdim olunub.   

 

Qeyd edək ki,  ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı  beynəlxalq koalisiyaya məxsus  aviasiyanın Suriya ordusunun  mövqelərinə zərbələr endirməsini etiraf edib.

 

Beynəlxalq koalisiyanın dörd hava zərbəsi nəticəsində 62 suriyalı hərbçi ölüb, 100 nəfəri yaralanıb.   

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR