Bank Of Baku

BMT-nin yeni baş katibi seçilib

BMT-nin yeni baş katibi seçilib
# 13 oktyabr 2016 16:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. BMT-nin yeni baş katibi seçilib.

 

APA-nın məlumatına görə, yeni baş katib portuqaliyalı siyasətçi Antoniu Qutterişdir. O, vəzifəsinin icrasına gələn il yanvarın 1-dən başlayacaq və 2021-ci il dekabrın 31-nə kimi bu vəzifədə qalacaq.

 

Qeyd edək ki, ötən həftə BMT TŞ A. Qutterişin bu vəzifəyə təyin olunması ilə bağlı Baş Assambleyaya tövsiyə məktubu göndərib.

 

1949-cu il təvəllüdlü Antoniu Qutteriş 2005-ci ilin iyunundan 2015-ci ilin dekabrına kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarı vəzifəsini daşıyıb.  

 

O, 1995-2005-ci illərdə Portuqaliyanın baş naziri olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR