Bank Of Baku

Argentina paytaxtının hava limanında yanğın baş verib

Argentina paytaxtının hava limanında yanğın baş verib
# 17 yanvar 2017 02:23 (UTC +04:00)

Argentina paytaxtı Buenos-Ayresin “Xorxe Nyuberi” hava limanında yanğın baş verib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bütün sərnişinlər təxliyə edilib, aeroportun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

 

İnsident nəticəsində zərərçəkən olub-olmadığı barədə məlumat verilmir. “Xorxe Nyuberi” hava limanına enməli olan təyyarələr Buenos-Ayresin ətrafında yerləşən “Eseysa” aeroportuna yönəldilir.  Yanğının səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR