Bank Of Baku

Argentinada rusiyalıdan 4 kq kokain götürülüb

Argentinada rusiyalıdan 4 kq kokain götürülüb
# 28 fevral 2018 02:31 (UTC +04:00)

Buenos Ayres hava limanında Rusiya vətəndaşı saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saxlanılan şəxsin baqajına baxış zamanı, çamadanda 4 kq kokain aşkarlanıb.   

 

Məlumata görə, saxlanılan şəxs “Lufthansa” reysi ilə Frankfurta getməyi planlaşdırırmış.  

 

Qeyd edək ki, bundan əvvəl Rusiya və Argentina xüsusi xidmət orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində Buenos Ayresdən 400 kq kokainin Moskvaya göndərilməsinin qarşısı alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR