Bakı - APA. "ABŞ böhranla üzləşən ölkələri “zəbt edə” və “yenidən qura, dəyişə” bilməz".
APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama “Ölkənin vəziyyəti barədə” illik müraciətində bəyan edib.
“Biz böhranla üzləşən hər bir ölkəni zəbt etməyə və dəyişməyə cəhd edə bilmərik. Bu liderlik deyil, bununla biz bataqlığa düşərək, amerikalıların qanını axıdacağıq və, son nəticədə, bu bizi zəiflədəcək. Vyetnamdan, İraqdan bu vaxtadək nəticə çıxarmalı idik”, - deyə Barak Obama nitqində qeyd edib.