Bank Of Baku

BMT-də Şimali Koreya üzrə səsvermənin tarixi məlum olub

BMT-də Şimali Koreya üzrə səsvermənin tarixi məlum olub
# 04 sentyabr 2017 18:47 (UTC +04:00)

ABŞ yaxın zamanda BMT Təhlükəsizlik Şurasının Şimali Koreya üzrə qətnamə layihəsini təqdim edəcək, sənəd bir həftədən sonra səsverməyə çıxarılacaq .

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bəyan edib.

 

“Bu həftə müzakirə etdiyimiz qətnamə gələn bazar ertəsi səsverməyə çıxarılacaq”, deyə N.Heyli BMT Təhlükəsizlik Şurasının iclası bitdikdən sonra bildirib.

 

Bu gün ABŞ, Cənubi Koreya, Yaponiya, Böyük Britaniya və Fransanın təklifi ilə  BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilib.

 

Qeyd edək ki, iki gün əvvəl Şimali Koreya qitələrarası ballistik raketlər üçün nəzərdə tutulmuş hidrogen döyüş başlığını uğurla sınaqdan keçirdiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR