Bank Of Baku

BMT baş katibi Həsən Ruhanini təşkilatın sabiq əməkdaşını azad etməyə çağırıb

BMT baş katibi Həsən Ruhanini təşkilatın sabiq əməkdaşını azad etməyə çağırıb
# 21 sentyabr 2017 19:13 (UTC +04:00)

BMT baş katibi Antoniu Quterriş İran prezidenti Həsən Ruhanini ABŞ vətəndaşı və təşkilatın sabiq əməkdaşı Baker Namazini həbsxanadan azad etməyə çağırıb.

 

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə,  bu barədə BMT-nin nümayəndəsi Stefan Düjarik Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində Antoniu Quterriş və Həsən Ruhani arasında keçirilən görüşündən sonra bildirib.

 

Qeyd edək ki, 2016-cı ilin oktyabrında İran məhkəməsi 80 yaşlı Namazini və onun 46 yaşlı oğlu Siyamaki casusluqda ittiham edərək, 10 il həbs cəzasına məhkum edib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR